“Sumqayıt” onun da Əlini sıxdı

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər ki, “kimyaçılar” bombardiri Əli Qurbani ilə anlaşıb. 31 yaşlı hücumçu növbəti mövsümdə də “Sumqayıt”ın formasını geyinəcək.

2020/2021 mövsümündə “Sumqayıt”a keçən futbolçu ümumilikdə 19 oyunda 9 qola imza atıb. Qurbani Azərbaycan millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button