Mahir Emrelinin dublu “Legiya”ya qələbə qazandırdı
Azərbaycanlı futbolçu Mahir Emreli Polşanın “Legiya” klubunun heyətində növbəti qollarını vurub.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Yagelloniya” ilə yoxlama oyununda dubla imza atıb. Azərbaycan millisinin üzvü 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Oyun “Legiya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli daha əvvəl Avstriya “Bişofshofen”ini 5:0 udduqları matçda het-trik edib, Rusiya “Krasnodar”ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin