AÇ-2020: “Napoli”nin futbolçusu ən yaxşı elan olundu

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Belçika – İtaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Lorenso İnsinye bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. İtaliya millisinin ikinci qolunu da məhz İnsinye vurub.

Qeyd edək ki, İtaliya yığması Belçika ilə oyundan 2:1 hesabıyla qalib ayrılıb və yarımfinalda İspaniyaya rəqib olub.

İnsinye İtaliyanın “Napoli” klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button