AÇ-2020: İsveçrə – İspaniya matçının ən yaxşısı bilindi
AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş İsveçrə – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İspaniya yığmasının qapıçısı Unai Simon bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, İsveçrə – İspaniya matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ispanlar 3:1 hesabıyla qalib gəliblər və ilk yarımfinalçı olublar. Bu qələbədə məhz Simonun qurtarışları da vacib rol oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin