“Sevilya”da ayrılıq
İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi Aleyş Vidal ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə futbolçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Vidal 2018-ci ildən “Sevilya”da çıxış edirdi. O, 2019/20 mövsümündə “Alaves”ə icarəyə də verilmişdi. 31 yaşlı ispaniyalı vinger 2014/15 mövsümündə də “Sevilya”nın uğurları üçün çalışıb. Yarımmüdafiəçi bu komandanın heyətində bütövlükdə 87 rəsmi matça çıxıb, 6 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin