“Bavariya” sabiq futbolçusunu qaytardı – rəsmi
Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Hamburq”dan Sven Ulrayxı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Ulrayx 2015-2020-ci illər aralığında “Bavariya”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin