“Barselona” istəyirdi, “Ayaks” müqaviləsini yenilədi

Hollandiyanın “Ayaks” klubu futbolçusu Andre Onananın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı qolkiperlə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2022-ci ildə bitəcək müqavilənin müddəti 2030-cu ilə qədər uzadıla bilər.

Onana ilə “Barselona”, “Tottenhem” kimi klublar yaxından maraqlanırdı. İspaniya mətbuatı kamerunlu qolkiperin mövsümün sonunda “Barselona”ya keçəcəyini iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button