“Məni Mourinyoyla əvəzləsələr, bundan qürur duyaram”

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Lion”da baş məşqçi postuna gətiriləcəyi iddia edilir.

Komanda.az xəbər verir ki, “Lion” klubunun çalışdırıcısı Bruno Genesio Fransa mətbuatına bununla bağlı açıqlama verib:

“Mourinyo ancaq hörmət ediləcək bir mütəxəssisdir. Getdiyi hər yerdə uğurlu nəticələr qazanıb. O, sadəcə möhtəşəmdir. Məni onunla əvəzləsələr, bundan ancaq qürur duyaram”.

Ötən ilin dekabrından işsiz olan Mourinyonun Fransada klub çalışdırmaq istədiyi deyilir. Fransa mətbuatı portuqaliyalı mütəxəssisin “Lion”un “sükanı arxasına” gətiriləcəyini iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button