UEFA intizam işini dayandırdı

UEFA İspaniyanın “Real” və “Barselona”, eləcə də İtaliyanın “Yuventus” klublarına qarşı açdığı intizam işini müvəqqəti dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, mayın 25-də UEFA-nın etika və intizam məsələləri üzrə inspektorlarının apardığı araşdırmalardan sonra bu üç klub haqqında intizam işi açılmışdı. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılmışdı. Proseslə bağlı əlavə informasiyanın daha sonra veriləcəyi vurğulanmışdı. İyunun 9-da isə UEFA intizam işinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Real” və “Atletiko”, həmçinin İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasının yaradıldığını açıqlayıblar. Azarkeşlərin sərt etirazları, FİFA və UEFA-nın sanksiya hədələrindən sonra “Real”, “Barselona” və “Yuventus” istisna olmaqla qalan klublar Super Liqadan ayrıldığını bəyan etmək məcburiyyətində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button