PSJ-nin prezidentindən Mbappenin gələcəyi ilə bağlı açıqlama
PSJ-nin prezidenti Nasser Əl Xələfi komandanın hücumçusu Kilian Mbappenin gələcəyi haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xələfi, 22 yaşlı futbolçunun PSJ-də qalacağını deyib:
“Mbappeni satmayacağıq. Heç vaxt bizi azad agent kimi tərk etməyəcək. Müqaviləsini yeniləmək üçün danışıqlarımız davam edir. Bir nöqtədə razılaşacağıq.
Bura Parisdir, onun ölkəsindəyik. Fransanı, ölkə futbolunu yaxşı vəziyyətə gətirmək istəyirik. Möhtəşəm bir idmançı və futbolçudur. Hazırda dünyanın ən yaxşılarındandır və gələcəkdə çoxlu “qızıl top” qazanacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin