Bakıda keçirilən yarışda pilotun qolu sındı
Formula 2 üzrə Azərbaycan qran-prisinin əsas yarışında “Art Grand prix”in pilotu Teo Purşerin qolu sınıb.
Komanda.az xəbər verir ki, 18 yaşlı pilot Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.
Purşer yarış zamanı “Dams” komandasından Markus Armstronqla toqquşub. Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Purşerlə birlikdə yarışdan kənarda qalıb.
Purşer qəza törətdiyi üçün yarışa davam edə bilməyib. Formula 2-ni “Hitech Grand Prix”dən Yuri Vips qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin