Daha 1 il “Çelsi”də qalacaq

İngiltərənin “Çelsi” klubu futbolçusu Tyaqo Silva ilə yeni müqavilə imzalayacaq.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, “zadəganlar” 36 yaşlı müdafiəçi ilə yeni sözləşmə ilə bağlı razılıq əldə edib. “Çelsi” Silva ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayacaq.

2020-ci ilin avqustundan “Çelsi”də çıxış edən Silvanın indiki sözləşməsi iyunun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button