“Çelsi”nin müdafiəçisindən yeni rekord
UEFA Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirdikləri oyun “Çelsi”nin müdafiəçisi Tyaqo Silva üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “Çelsi”nin heyətində Çempionlar Liqasının finalında oynamış ən yaşlı oyunçu kimi tarixə düşüb.
Tyaqo Silva “Mançester Siti” ilə oyuna 36 yaş 249 günlüyündə çıxıb. Ondan əvvəlki rekord isə Klod Makeleleyə məxsus idi (35 yaş, 93 gün).
“Çelsi”nin digər futbolçusu Nqolo Kante də tarixə düşüb. Fransalı futbolçu 21-ci əsrdə həm dünya çempionu olan, həm də Avropa Liqası və Çempionlar Liqasında çempionluq sevinci yaşayan 5-ci futbolçu olub. Ondan öncə Olivye Jiru, Xuan Mata, Fernando Torres və Pedro da bu sevinci yaşamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin