Levandovski Müllerin rekordunu yenilədi
“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, polşalı hücumçu Münhen klubunun sabiq hücumçusu Herd Müllerə məxsus əbədi rekordu geridə qoyub.
Bu, Bundesliqanın 2020/21 mövsümünün son turu çərçivəsində baş tutan “Auqsburq”la ev oyununda gerçəkləşib. Komandasının 5:2 hesabı ilə qalib gəldiyi oyunda son nöqtəni məhz Levandovski qoyub. Bununla da o, mövsüm ərzində vurduğu qolların sayını 41-ə çatdırıb. 32 yaşlı futbolçu bu qolları 29 oyunda rəqib qapılarından keçirib.
Beləliklə, polşalı oyunçu Herd Müllerin 1971/72 mövsümündəki rekordunu geridə qoymaqla yeni rekorda imza atıb. “Bavariya”nın əfsanəvi futbolçusu həmin vaxt 40 qola imza atmışdı.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 40 oyunda 48 qola imza atıb.
Bizi Facebook-da izləyin