Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26-28 mayda keçiriləcək turnirdə Ukrayna, Özbəkistan və Tunis milliləri iştirak edəcək.
Azərbaycan yığması Ukrayna ilə, Özbəkistan isə Tunislə qarşılaşacaq. Hər iki oyun mayın 26-da keçiriləcək. Final və 3-cü yer uğrunda matçlar mayın 28-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin