“Mançester Yunayted”lə “Vilyarreal” finalda!
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” komandası səfərdə İtaliya “Roma”sı ilə qarşılaşıb. Komandalar arasında baş tutan ilk oyunda “qırmızı şeytanlar” italyanları 6:2 hesabıyla darmadağın etmişdi. Cavab matçında meydan sahibləri qələbə qazansa da, finala “qırmızı şeytanlar” çıxıblar.
Yarımfinalın digər görüşü İngiltərədə keçirilib. “Arsenal” burada İspaniya “Vilyarreal”ını qəbul edib. “Topçular” ilk oyunda rəqibinə 1:2 hesabıyla uduzmuşdu. Cavab görüşündə isə qapılara qol vurulmayıb və ispanlar finalda “Mançester Yunayted”lə oynamaq hüququ əldə ediblər.
Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları
6 may
Arsenal (İngiltərə) – Vilyarreal (İspaniya) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:2
Roma (İtaliya) – Mançester Yunayted (İngiltərə) 3:2
Qol: Dzeko, 57. Kristante, 60. Zalevski, 83 – Kavani, 39; 68.
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:6
Bizi Facebook-da izləyin