“Vest Hem”dən əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin üçüncü sırasında yer alan “Lester” turun açılış matçında “Sauthempton”un qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Brayton” doğma meydanda “Lids” üzərində inamlı qələbə sevinib. “Everton” isə “Aston Villa” ilə matçdan məğlub ayrılıb.

“Çelsi” bu dəfə evdə “Fulhem”lə qarşılaşıb. London təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.

Lider “Mançester Siti” bu turda “Kristal Pelas” səfərinə yollanıb. Növbəti qələbəsini rəsmiləşdirən “şəhərlilər”in çempionluğu elə bu tur rəsmiləşə bilərdi. Lakin bunun üçün turun mərkəzi görüşündə – Mançesterdə keçirilməli olan “Mançester Yunayted” – “Liverpul” matçında meydan sahiblərinin xal itirməsi lazım idi. Bu görüş isə baş tutmayıb.

Bazar günü daha iki görüş baş tutub. Səfərdə “Nyukasl”la qarşılaşan “Arsenal” turu inamlı qələbə ilə başa vurub. “Tottenhem” isə doğma meydanda autsayder “Şeffild Yunayted”ə böyük hesabla qalib gəlib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Vest Bromviç” – “Vulverhempton” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Bernli” ilə qarşılaşan “Vest Hem” isə əzmkar qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 34-cü tur

30 aprel

Sauthempton – Lester 1:1
Qol
: Uord-Prauz, 61 – Evans, 68.

1 may

Kristal Pelas – Mançester Siti 0:2
Qol
: Aquero, 57. Torres, 59.

Brayton – Lids 2:0
Qol
: Qross, 14. Uelbek, 79.

Çelsi – Fulhem 2:0
Qol
: Haverts, 10; 49.

Everton – Aston Villa 1:2
Qol
: Kalvert, 19 – Uotkins, 13. El-Qazi, 80.

2 may

Nyukasl – Arsenal 0:2
Qol
: Elneni, 5. Obameyanq, 66.

Mançester Yunayted – Liverpul matçı təxirə salınıb

Tottenhem – Şeffild Yunayted 4:0
Qol
: Beyl, 36; 61; 69. Son, 77.

3 may

Vest Bromviç – Vulverhempton 1:1
Qol
: Diaqne, 62 – F.Silva, 45+2.

Bernli – Vest Hem 1:2
Qol
: Vud, 19 – Antonio, 21; 29.

Bombardir: Harri Keyn (Tottenhem) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button