“Borussiya”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Köln” doğma meydanda “Leyptsiq”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəni bayram ediblər.

Lider “Bavariya” bu turda “Bayer”i sınağa çəkib. Münhen təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. “Ayntraxt” da “Auqsburq”la ev oyununda 2 cavabsız qola sevinib. “Şalke” isə bu dəfə “Arminiya” ilə səfər oyununda xalsız qalıb.

Bu gün daha dörd qarşılaşma baş tutub. Dortmund “Borussiya”sı “Yunion”u məğlub yola salıb. Mönhenqladbax “Borussiya”sı isə “Hoffenhaym”la səfər oyunundan məğlubiyyətlə ayrılıb. “Volfsburq” səfərdə “Ştutqart”a, “Maynts” da “Verder”ə qalib gəlib.

Turun “Herta” – “Frayburq” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının çox olması səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası, 30-cu tur

20 aprel

Köln – Leyptsiq 2:1
Qol
: Hektor, 46; 60 – Haydara, 59.

Bavariya – Bayer 2:0
Qol
: Şupo-Motinq, 7. Kimmix, 13.

Arminiya – Şalke 1:0
Qol
: Klos, 50.

Ayntraxt – Auqsburq 2:0
Qol
: Hinteregger, 37. A.Silva, 58.

21 aprel

Ştutqart – Volfsburq 1:3
Qol
: Kastro, 90+2 – Şlyager, 13. Veqorst, 29. Gerhardt, 65.

Hoffenhaym – Borussiya M 3:2
Qol
: Kramariç, 49; 65. Bebu, 60 – Plea, 25. Lazaro, 45+1.

Verder – Maynts 0:1
Qol
: Salai, 16.

Borussiya D – Yunion 2:0
Qol
: Roys, 27. Gerreyro, 88.

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button