“Fənərbaxça”ya 1 qol bəs etdi
Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında turnir cədvəlinin son sıralarında yer alan “Kayserispor” doğma meydanda “Göztəpə”ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Rizəspor” – “Fatih Karagümrük” və “Sivasspor” – “Trabzonspor” oyunlarında ümumiyyətlə qapılara qol vurulmayıb.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” bu turda çətin “Hatayspor” səfərinə yollanıb. İstanbul nəhəngi bu görüşdə darmadağına üzülüb.
Lider “Beşiktaş” da “Kasımpaşa” ilə səfər oyunundan xalsız dönüb.
Baş məşqçi postuna Emre Belözoğlunu gətirən “Fənərbaxça” doğma meydanda “Dənizlispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla qalib gələrək ikinci pilləyə yüksəlib.
Türkiyə Super Liqası, 32-ci tur
3 aprel
Kayserispor – Göztəpə 1:1
Qol: İ.Parlak, 26 – Yahoviç, 48.
Rizəspor – Fatih Karagümrük 0:0
Sivasspor – Trabzonspor 0:0
Hatayspor – Qalatasaray 3:0
Qol: Diuf, 21; 72. Ribeyro, 29.
4 aprel
Ərzurumspor – Konyaspor 1:2
Qol: Da Kosta, 15 – Miloşeviç, 9. A.Bardakçı, 44.
Alanyaspor – Gənclərbirliyi 1:2
Qol: B.Kutlu, 37 – Yohansson, 8. Stanku, 82.
Ankaragücü – Antalyaspor 1:0
Qol: Borven, 83.
Başakşəhər – Yeni Malatyaspor 3:1
Qol: T.Cigerci, 26. O.Şahiner, 87. Aleksiç, 90+1 – A.Büyük, 71.
Kasımpaşa – Beşiktaş 1:0
Qol: A.Kara, 19.
5 aprel
Fənərbaxça – Dənizlispor 1:0
Qol: Samatta, 64.
Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.
Bizi Facebook-da izləyin