Milli komandanın baş məşqçisi koronavirusa yoluxdu

Futbol üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi İvaylo Petevdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Petevin səhhəti normaldır və virusun heç bir simptomu yoxdur.

Bosniya və Herseqovina milli komandası bu gün yoxlama oyununda Kosta Rika ilə qarşılaşacaq. Yığma DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 31-də Fransanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button