“Ağlamalıyam?” – Niderland millisinin baş məşqçisi
Niderland milli komandasının baş məşqçisi Frank de Bur DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə qarşı keçirdikləri səfər matçını şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi, 2:4 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:
“Burnumuzu aşağı salmaq olmaz. Bu, hələ ilk tur idi. Niyə sakitəm? Ağlamalıyam? Layiqli rəqibə məğlub olduq. Düzdür, belə komandaları məğlub etməliyik. Lakin qələbə rəqibə qismət oldu.
Topa daha çox sahib olan, təhlükəli qol imkanları yaradan biz idik. Fasilədən sonra dərhal tempi artırmalı idik. Komandama inanıram və bilirəm ki, futbolçular əllərindən gələni etdilər. Düzdür, nəticə xəyal qırıqlığı yaratdı. Lakin türklər də bu oyunda ölümcül təsirli idilər”.
Bizi Facebook-da izləyin