İngiltərə millisinin sabiq üzvü Bekhemin klubunda
“Arsenal”ın sabiq futbolçusu Kiran Gibbs karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gibbslə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi iyulda yeni komandasına qoşulacaq. 2017-ci ildən İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən Gibbs, “İnter Mayami”yə yayda azad agent kimi keçəcək.
İngiltərə yığmasında 10 oyuna çıxan müdafiəçi, 2007-2017-ci illər aralığında “Arsenal”da çıxış edib.
“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin