İtaliya klubları istəyir – “Mançester Yunayted”də ehtiyatda qalan futbolçunu
“Mançester Yunayted”in futbolçusu Donni van de Beek karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə “Roma” və “Napoli” klubları yaxından maraqlanır. A Seriyası təmsilçiləri “Mançester Yunayted”də az şans qazanan futbolçunu icarəyə götürmək niyyətindədir.
2020-ci ilin sentyabrında “Ayaks”dan “Mançester Yunayted”ə keçən Donni, bu mövsüm Premyer Liqada 13 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin