Təxirə salınmış oyunda meydan sahibləri sevindi

Futbol üzrə Fransa çempionatında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Nim” doğma meydanda “Loryan”la qarşılaşıb.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla üstün olub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Nim” 17-ci pilləyə yüksəlib. “Loryan” isə 23 xalla 19-cu sırada qalıb.

Fransa, Liqa 1
21-ci turun oyunu
24 fevral

Nim – Loryan 1:0
Qol: Ripar, 88-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button