Paşayevli “Aleksandriya” yeni ilə qələbəylə başladı

Futbol üzrə Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.

Komanda.az xəbər verir ki, bu gün 14-cü turun oyunları keçirilib.

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:0.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button