Benites “Marsel”lə razılaşdı

“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites Fransada klub çalışdıra bilər.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis “Marsel”in “sükanı arxasına” keçə bilər. Bu barədə “Telefoot” nəşri məlumat yayıb. Xəbərdə, artıq tərəflərin ilkin razılıq əldə etdiyi bildirilib.

Benites hazırda işsizdir. 60 yaşlı mütəxəssis son olaraq Çinin “Dalyan Pro” komandasını çalışdırıb.

“Marsel”də dünən baş məşqçisi Andre Villaş-Boaş istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button