Super Liqa matçına yağış əngəli

Futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun “Alanyaspor” – “Sivasspor” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu gün keçirilən qarşılaşma başlayandan bir qədər sonra güclü yağış səbəbindən yarıda qalıb.

Alanyada keçirilən matçın 20-ci dəqiqəsində meydanın yağış suları ilə dolması səbəbindən hakimlər oyunu dayandırıblar və komandalar paltardəyişmə otağına yollanıblar. Az sonra qarşılaşmanın sabaha təxirə salındığı açıqlanıb.

Beləliklə, “Alanyaspor” – “Hatayspor” matçı sabah yerli vaxtla 16:00-da qaldığı yerdən davam etdiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button