“Napoli”nin futbolçusu Fransa klubunda – rəsmi
İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Marsel” 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Miliklə 2022-ci ilin yayınadək nəzərdə tutulan icarə müqaviləsi imzalanıb. Futbolçunun müqaviləsində transfer hüquqlarını satın almaq bəndi də var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin