Salah ikinci dəfə ilin ən yaxşı futbolçusu oldu

2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Komanda.az xəbər verir ki, “Liverpul”un misirli yarımmüdafiəçisi Məhəmməd Salah Afrikada ötən ilin ən yaxşı oyunçusu seçilib. Bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. 

Seneqalın paytaxtı Dakarda baş tutan tədbirdə Salah, Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu mükafatını qazanıb.

Salah Afrikada ikinci il ardıcıl olaraq bu mükafata layiq görülüb.

Afrikada 2018-in ən yaxşı gənc futbolçusu isə Dortmund “Borussiya”sının müdafiəçisi Əşrəf Hakimi seçilib.

İlk dəfə 1992-ci ildə verilən Afrikada ilin ən yaxşı futbolçusu mükafatını ən çox Samuel Eto və Yaya Ture qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button