“Karyeramı burda bitirə bilərəm” – Levandovski
“Bavariya”nın polşalı futbolçusu Robert Levandovski, komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, karyerasını “Bavariya”da bitirə biləcəyini deyib:
“Burda hər şey çox yaxşıdır, özümü yaxşı hiss edirəm. Dünyanın ən böyük klublarından birində oynayıram. Azı 5 il də yüksək səviyyədə oynaya bilərəm. Uzun müddətdir “Bavariya”dayam. Karyeramı burda bitirə bilərəm”.
Münhen təmsilçisi ilə 2021-ci ilədək müqaviləsi olan polşalı futbolçu, bu mövsüm iştirak etdiyi 34 oyunda 29 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin