Super Liqa klubunda Loik Remi şoku – bir ay oynamayacaq

Türkiyənin “Rizəspor” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin fransız futbolçusu Loik Remi uzun müddətə sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Stepan Tomas yerli mətbuata açıqlamasında məlumat verib. Onun sözlərinə görə, İstanbulda ətraflı tibbi müayinədən keçən oyunçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, “Rizəspor” sabah Super Liqanın 18-ci turu çərçivəsində “Dənizlispor”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button