Kxedira Premyer Liqanı arzulayır
Cari mövsümün sonunda “Yuventus”dan ayrılması gözlənilən Sami Kxedira açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus”dakı karyerası barədə danışan 33 yaşlı futbolçu, Premyer Liqada oynamağı istisna etməyib:
“Hər futbolçunun həyatında eniş-çıxışlar olur. 2015-ci ildə “Real”dan “Yuventus”a transfer olunanda burda uzun müddət qalacağımı düşünmürdüm. İnsanı bu qədər xoşbəxt edən bir klub tapmaq böyük şansdır. “Yuventus”dakı karyeramla bağlı ancaq xoş fikirlərim var. Əsas heyətdən kənarda qalmaqdan məmnun deyiləm, amma yenə də, motivasiyamı yüksək saxlayıram.
Karyeramda Premyer Liqa əskikdir. Premyer Liqada oynamaq və yüksək sürətə öyrəşmək üçün əlavə çalışıram”.
2015-ci ildən “Yuventus”un şərəfini qoruyan alman futbolçunun klubla müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin