Neymarı zədələyən futbolçu ölümlə hədələndi
PSJ-nin futbolçusu Neymarın zədələnməsinə səbəb olan “Lion”un yarımmüdafiəçisi Tiaqo Mendes ölümlə hədələnib.
Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. O, özünün və ailəsinin təhdid mesajları aldığını bildirib:
“Neymarın zədələnməsinə səbəb olduğum üçün üzr istəyirəm. Tezliklə sağalaraq sevənləri üçün ən yaxşı futbolunu göstərməsinə ümid edirəm. Mən və ailəm sosial şəbəkə hesablarında içində ölüm təhdidləri olan ismarıclar alırıq. Neymarı bilərəkdən zədələmək kimi bir düşüncəm olmayıb”.
Fransa Liqa 1-in 14-cü turu çərçivəsində keçirilən PSJ – “Lion” matçında (0:1) Mendes 90+6-cı dəqiqədə Neymarla girdiyi ikili mübarizədə onu zədələyib. Neymarın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bizi Facebook-da izləyin