“Real”ın “qənim”i üçün transfer yarışı

Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ı mübarizədən kənarlaşdıran “Ayaks”ın futbolçusu Duşan Tadiç, böyük klubların transfer hədəfindədir.

Komanda.az xəbər verir ki, “Ayaks”ın “kral klubu”nu 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan 30 yaşlı futbolçu, “Bavariya”nın və “Mançester Siti”nin transfer hədəfindədir. Hər iki klubun futbolçunun meneceri ilə danışıqlara başladığı deyilir.

Hollandiya təmsilçisinin serbiyalı vinger üçün 30 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcəyi bildirilir.

“Ayaks”la 2022-ci ilədək müqaviləsi olan futbolçu, bu mövsüm iştirak etdiyi  40 oyunda 26 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button