“Onun komandadakı gələcəyi ilə bağlı düşünəcəyik” – Lempard

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya”ya 4:0 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bildirən mütəxəssis, həm də, matçda 4 qol vuran Olivye Jiru haqda danışıb:

“İlk hissədə çətin anlarımız oldu, amma bunların öhdəsindən gəldik. Belə rəqiblə səfərdə oynamaq çətindir.

Jiru möhtəşəm çıxış etdi. İstənilən baş məşqçi ona güvənə bilər. Onun komandadakı gələcəyi ilə bağlı düşünəcəyik. Onun üçün sevinirəm. O, karyerası boyunca yüksək səviyyədə peşəkarlıq göstərib. Jiru həm də gənclər üçün əla nümunədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button