Paşayevli “Aleksandriya” doğma meydanda xal itirdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Lvov “Rux”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 11 turdan sonra 15 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin