PSJ Neymarı Qətərə göndərdi
PSJ zədəli futbolçusu Neymarı Qətərə göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Neymarın tibbi testlərdən keçmək üçün Qətərə yollandığı bildirilir.
Braziliyalı futbolçu bir müddət əvvəl də müalicə kursu keçmək üçün Braziliyaya yollanmışdı.
Yanvarda zədələnən Neymarın, aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin