“Lill” PSJ ilə xal fərqini azaltdı
Futbol üzrə Fransa çempionatında 11-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Renn” doğma meydanda “Bordo”nu qəbul edib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.
Turun mərkəzi görüşündə lider PSJ səfərdə “Monako”nun qonağı olub. Beş qolun qeydə alındığı matç parislilərin məğlubiyyəti ilə başa çatıb.
Şənbə günü bir görüş baş tutub. “Sent-Etyen” səfərdə “Bordo”ya böyük hesabla uduzub.
“Lill” bu turda “Loryan”ı, “Lion” isə “Anje”ni məğlub edib.
Bu tur keçirilməli olan “Marsel” – “Nitsa” matçı qonaqların bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.
Fransa Liqa 1, 11-ci tur
20 noyabr
Renn – Bordo 0:1
Qol: Ben Arfa, 37.
Monako – PSJ 3:2
Qol: Volland, 52; 66. Fabreqas, 84-pen – Mbappe, 25; 37-pen.
21 noyabr
Brest – Sent-Etyen 4:1
Qol: Honorat, 7. Duverne, 23. Kardona, 33. Munye, 38 – Kamara, 31.
22 noyabr
Nant – Mets 1:1
Qol: Kolo, 29 – Leya, 45+4-pen.
Dijon – Lans 0:1
Qol: Kalimuendo, 23.
Monpelye – Strasburq 4:3
Qol: Mendes, 8. Delor, 13; 31. Laborde, 68 – Lala, 22. Diallo, 26. Ayorke, 45.
Reyms – Nim 0:1
Qol: Ripar, 62-pen.
Anje – Lion 0:1
Qol: Kadevere, 78.
Lill – Loryan 4:0
Qol: Y.Yazıçı, 29; 51. Arauxo, 57. David, 90.
Bombardir: Kilian Mbappe (PSJ) – 9 qol.
Bizi Facebook-da izləyin