Daha 3 futbolçusunda koronavirus aşkarlandı – “Qalatasaray”ın
Türkiyənin “Qalatasaray” klubunun daha 3 futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, bütün komandanın koronavirus testindən keçdiyi və daha 3 nəfərdə virus aşkarlandığı bildirilib. Virusa yoluxanların adları açıqlanmayıb.
“Qalatasaray”da bundan əvvəl iki futbolçuda virus aşkarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin