“Bu nəticəni heç bir şəkildə izah edə bilmirəm” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Yunayted”ə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, oyunu rəqibə hədiyyə etdiklərini deyib:

“Axmaq və çox sadə iki səhv edərək, oyunu “Mançester Yunayted”ə hədiyyə etdik. Bu, çox axmaq nəticədir. “Mançester Yunayted”in bu oyunda qalib gəlmək istədiyini heç vaxt hiss etmədim. Onlar ikinci hissədə heç bir qol epizodu yarada bilmədilər. Bu nəticəni heç bir şəkildə izah edə bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button