“Qarabağ”ın rəqibində 2 futbolçu koronavirusa yoluxdu

Türkiyənin “Sivasspor” klubunda 2 futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçu ev şəraitində karantinə alınıb. Adları açıqlanmayan oyunçuların müalicəsi davam edir.

Qeyd edək ki, “Sivasspor” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Ağdam klubu bu rəqibi ilə noyabrın 5-də səfərdə baş tutan matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Tərəflər arasındakı ikinci görüş bu ayın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button