Super Liqa klubunun məşqçisi və futbolçularında koronavirus aşkarlandı
Türkiyənin “Göztəp” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, testlər nəticəsində komandasının üç üzvündə koronavirus aşkarlanıb.
Bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə iki futbolçu və bir məşqçidən götürülmüş analizlərin pozitiv çıxdığı diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.
Xatırladaq ki, ötən gün “Göztəpə”nin prezidenti, Klublar Birliyinin rəhbəri Mehmet Sepilin də koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin