“Real”ın kapitanı haqda: “Böyük ehtimalla, indi çox peşmandır”

“Ayaks”ın futbolçusu Frenki de Yonq, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ı 4:1 hesabı ilə məğlub etdikləri cavab matçından sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, möhtəşəm oyun keçirdiklərini deyib:

“İnsanlar bizim bu turnirdə davam etməyimizi gözləyirdilər, amma bunun belə olacağını fikirləşmirdilər. “Real” futbolçuları üçün pis, bizim üçün möhtəşəm oyun oldu. Əslində, ev matçımızda da pis oynamamışdıq, amma çox şanssız idik. Bu oyunda isə hər şey yolunda getdi. Mən də həyəcanlı olmağıma baxmayaraq, çox yaxşı oynadım”.

Hollandiyalı futbolçu, növbəti mərhələdə qarşılaşmaq istədikləri rəqibin olmadığını deyib:

“Hər bir komanda çox yaxşıdır. Biz favorit olmasaq da, bu yarışın içindəyik. Bu mərhələyə qədər yüksəldiyimiz üçün çox qürurlu və xoşbəxtik”.

İlk oyunda qəsdən sarı vərəqə alaraq, cəzalı vəziyyətə düşən “Real”ın kapitanı Serxio Ramos haqqında danışan futbolçu, “Böyük ehtimalla, indi çox peşmandır” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button