Çempionlar Liqasında komanda sayı artırılır
UEFA Çempionlar Liqasının formatını dəyişdirməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, qurumun Çempionlar Liqasıyla bağlı iki fərqli model düşündüyü bildirilir.
İlk model komanda sayını artırmaqla qrup mərhələsinin oyunlarını çoxaltmaqdır. Belə ki, hazırda turnirdə 32 komanda 8 qrupa bölünürsə, yeni planda 36 komandanın 6 qrupa bölünməsidir.
Digər model isə “İsveçrə sistemi”dir. Belə ki, bu planda qrupların 10 komandadan ibarət olması və bu sistemlə 10 oyun keçirməsi nəzərdə tutulur. Amerikan idman oyunlarında daha çox istifadə olan bu sistemə marağın daha güclü olduğu bildirilir.
UEFA Çempionlar Liqasının formatındakı dəyişikliyi 2024/25 mövsümünə planlaşdırır. Dəyişiklərlə bağlı yekun qərar 2021-ci ildə veriləcək.
Bizi Facebook-da izləyin