UEFA-dan Kuarejma ilə Ramosa sərt cəza
UEFA Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejma ilə İspaniya “Real”ının kapitanı Serxio Ramosu cəzalandırıb.
Komanda.az xəbər verir ki, Türkiyə təmsilçisinin yarımmüdafiəçisi qitə futbol qurumu tərəfindən 3 oyunluq diskvalifikasiya edilib. 35 yaşlı portuqaliyalı futbolçu Avropa Liqasında İsveçin “Malmö” klubuna 0:1 hesabıyla uduzduqları oyunda birbaşa qırmızı vərəqə aldığına görə belə bir cəzaya məruz qalıb.
Madrid “Real”ının təcrübəli müdafiəçisi Ramos isə Çempionlar Liqasında Hollandiyanın “Ayaks” klubuna səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda bilərəkdən sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə 2 oyunluq diskvalifikasiya alıb. Bu üzdən 32 yaşlı futbolçu həm “Ayaks”la 1/8 finalın cavab matçını, həm də 1/4 finala çıxacaqları halda həmin mərhələnin ilk oyununu buraxmalı olacaq.
Bizi Facebook-da izləyin