“Liverpul”un daha bir futbolçusu koronavirusa yoluxdu
“Liverpul”un və İsveçrə millisinin futbolçusu Xerdan Şakiri koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, milli komandanın düşərgəsində olan futbolçunun dünən verdiyi koronavirus testi pozitiv nəticələnib. Onun karantində olduğu qeyd olunur.
Şakirinin İsveçrə millisinin Xorvatiya, İspaniya və Almaniya ilə keçiriləcək oyunlarda iştirak etməyəcəyi deyilir.
Daha əvvəl “Liverpul”un iki futbolçusu – Tyaqo Alkantaranın və Sadio Manenin koronavirusa yoluxduğu açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin