“90 dəqiqə deyil, 95 dəqiqə oynamaq istəyirəm, amma…” – Salah

“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah açıqlama verib.

Komanda.az xəbər verir ki, “beİN Sports”a danışan hücumçu, çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb:

“Çempionatda vəziyyət fərqlidir, azarkeşlər olmadığı üçün hər oyunda komandaların qalib gəlmək şansı bərabərdir. Çempionluq barədə danışmaq üçün tezdir. Bir neçə komanda çempionluğa yaxındır, amma ümid edirəm, buna biz nail olarıq. Zədələr oyunumuza çox təsir elədi.

Hər oyun meydanda olmaq, matçın hər dəqiqəsini oynamaq arzusundayam. 90 dəqiqə deyil, 95 dəqiqə oynamaq istəyirəm, amma baş məşqçinin qərarlarına hörmət edirəm”.