90 aydan sonra ardıcıl 2 qələbə

“Şamaxı” Misli Premyer Liqasında ardıcıl iki qələbə qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi hər iki görüşdə ikidən çox qol vurmaqla məhsuldarlıq nümayiş etdirib. Vüqar Əsgərlinin yetirmələri “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqlənib.

Şamaxının eyniadlı təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub. 7 il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. 90 ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button