80 milyonu al, Feliksi ver – Belçikalını da verməyə hazırdır

“Çelsi” portuqaliyalı hücumçusu Joao Feliksi müqavilə ilə məxsus olduğu “Atletiko”dan tam transferini gerçəkləşdirmək üçün mübarizə aparır.

Komanda.az “calciomercatoweb”-ə istinadən xəbər verir ki, “zadəganlar” Madrid klubuna bunun qarşılığında Romelu Lukakunu verməyə və 80 milyon avro ödəməyə hazırdır.

Londonlular yayda belçikalı forvardla yollarını ayırmağı planlaşdırır. Onlar Felikslə yeni müqavilə imzalamaqda israrlıdırlar.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçunu qış transfer pəncərəsində “Atletiko”dan cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Cari mövsüm o, “Çelsi”nin heyətində 15 oyuna çıxıb və iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button