50 dəqiqəyə 5000 bilet satıldı – “Qarabağ”ın oyununa

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa izdiham gözlənilir.

Komanda.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

İyulun 5-də Poznanda keçiriləcək oyunun biletləri satışa çıxarıldıqdan dərhal sonra azarkeşlər böyük maraq göstəriblər. Oyuna 50 dəqiqə ərzində 5000 bilet satılıb. Hətta onlayn bilet almaq istəyənlərin həddən artıq çox olması saytın yüklənməsinə səbəb olub.

43 min tamaşaçı tutumuna malik olan Poznan stadionunda keçiriləcək matça ən ucuz bilet 60-80 zlotadır (23-30 manat). Amma mövsümi bilet sahiblərinə 50 faiz endirim edilir. Uşaqlar üçün biletlərin qiyməti isə 30-40 zlotaya (11-15 manat) bərabərdir.

“Lex”lə “Qarabağ” arasında cavab oyunu iyulun 12-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button